“Lester”in futbolçusu idman vətəndaşlığını dəyişmək istəyir
İngiltərənin “Lester” klubunun futbolçusu Adama Lukman idman vətəndaşlığını dəyişə bilər.
Komanda.az xəbər verir ki, yarımmüdafiəçi İngiltərə milli komandasına dəvət almadığı üçün idman vətəndaşlığını dəyişməyə qərar verib. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Lukman İngiltərədə doğulsa da, ailəsi nigeriyalıdır. 24 yaşlı futbolçu Nigeriya milli komandasında oynamaq istəyir.
FİFA-nın daha əvvəldən İngiltərə yığmasının U-19, U-20 və U-21 yaş kateqoriyasında oynayan Lukmanın müraciətinə müsbət cavab verəcəyi gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin