Keyni ruhlandıran kimlərdir?
“Tottenhem”in futbolçusu Harri Keyn açıqlama verib.
Komanda.az “Goal” nəşrinə istinadən xəbər verir ki, ingilis hücumçu, Kriştiano Ronaldo və Lionel Messidən ilham aldığını deyib:
“Deyirlər ki, futbolçunun zirvədə olduğu dönəm 25-30 yaş arasındadır. Ronaldo və Messi bu fikrin düzgün olmadığını göstərdi. Onlar 30 yaşlarından sonra daha yüksək səviyyəyə qalxdılar. Bu, məni ruhlandırır. Daha yaxşı ola biləcəyimi bilirəm. Əsas olan yaş deyil, bədənindəki gücdür.
Uzun müddət futbol oynamaq istəyirəm. Bəlkə də, oynaya bilməyəcəm. Mən bu idman növünü sevirəm və imkanım olduğu zaman oynamağa davam edəcəm”.
Keyn 2010-cu ildən “Tottenhem”də çıxış edir. 28 yaşlı hücumçu bu mövsüm 31 oyunda 15 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin