Rəşad Sadıqov: “İki futbolçu götürmək istəyirik”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Biz də hamı kimi çempionat üçün darıxmışdıq. Bu gün çox vacib qələbə qazandıq. Qarşılaşmadan əvvəl gərginlik var idi. İlk dəqiqələrdən topa nəzarət etmək istəyirdik. Qol epizodlarımız da oldu. Futbolçular son zərbələrdə inamsız idilər. İkinci yarıya ehtiyatlı başladıq. Rəqib standart vəziyyətlərdə bacarıqlıdır və istedadlı oyunçuları var. “Keşlə”ni gücdən salaraq hesabı artırmaq istəyirdik. İkinci qolu vurub matçın sonunu daha rahat keçirə bilərdik. Mövsümün əvvəlidir və fiziki cəhətdən tam hazır deyilik. Əsas odur ki, nəticə qazandıq. Hər futbolçumdan razıyam. Hamidu Keyta bizə bir qədər gec qoşulub. Hücum xəttimizə güc qatacağına inanıram. Oyunçularımızın hər biri bizim üçün dəyərlidir.
Axtarışlarımız davam edir. Danışıq apardığımız futbolçular var. İki futbolçu götürmək istəyirik. Bu, üç oyunçu da ola bilər. Yayda heyəti tam formalaşdıra bilməmişdik. Heyətin geniş olması yaxşıdır”.
Bizi Facebook-da izləyin