“Monako”nun sabiq hücumçusu Portuqaliya klubunda
“Monako”nun sabiq futbolçusu Lasina Traorenin yeni klubu məlum olub.
Komanda.az xəbər verir ki, 31 yaşlı hücumçu Portuqaliya “Varzim”inə keçib. Bu barədə 2-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Traore ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Traore karyerası ərzində Rusiyada ÇSKA, Fransada “Amyen”, “Monako”, İngiltərədə “Everton”, İspaniyada “Sportinq”, Rumıniyada ÇFR, Macarıstanda “Uypeşt” kimi klublarda çıxış edib. Hücumçu Fil Dişi Sahili millisində 13 oyunda 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin