Elxan Məmmədov: “Mahir Emrelidən bu məsələni tez həll etməsini istədik”

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “Legiya”da çıxış edən Mahir Emreli haqda danışıb.

Komanda.az xəbər verir ki, Məmmədov, iki həftə əvvəl Mahir Emreli ilə danışdığını deyib:

“İki həftə əvvəl Mahirlə danışdım. O, detallı şəkildə hər şeyi danışdı. Ona kömək edə biləcəyimizi dedim. Onun yanında təcrübəli hüquq məsləhətçiləri işləyir. Biz də hər zaman ona bu baxımdan kömək göstərməyə hazırıq. O, ilk növbədə azərbaycanlıdır. İkinci növbədə isə milli komandamızın oyunçusudur. Dünən millimizin nümayəndəsi də Mahirlə əlaqə saxladı. Emreli ilk olaraq “Legiya” ilə problemini həll etsin. Mahir Emrelidən bu məsələni tez həll etməsini istədik. Onun formasından uzaq qalmasını istəmirik”.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button