“Qarabağ”ın “Marsel”lə səfər oyunu ilə bağlı qərar verildi
“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə səfər oyununu Fransada keçirə biləcək.
Komanda.az xəbər verir ki, Fransa hökuməti Çin və Rusiya vaksinindən istifadə edən idmançıların ölkəyə gələ biləcəyini açıqlayıb. Bu barədə ölkənin idman naziri Roksana Marasinyanu yerli mətbuata açıqlamasında bildirib.
Nazir futbolçuların sağlamlıq protokollarına ciddi əməl etməli olduqlarını və matçlardan 24 saat əvvəl test verməli olduqlarını söyləyib.
Daha əvvəl Fransanın “Sinovac” vaksinini qəbul etmədiyi üçün qarşılaşmanın başqa ölkədə təşkili gündəmdə idi.
“Qarabağ” “Marsel”lə ilk oyunu fevralın 17-də səfərdə, cavab matçını isə 24-də Bakıda keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin