Mahir Emreli ilə birlikdə döyülən futbolçu da “Legiya”nı tərk edə bilər

Polşa “Legiya”sının futbolçusu Lukinyas klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, ABŞ-ın “Nyu York Red Bulls” klubu 26 yaşlı hücumçu ilə yaxından maraqlanır. Bu barədə “Legia.net” saytı məlumat yayıb. Xəbərdə, Lukinyasın MLS təmsilçisinə keçməyə yaxın olduğu bildirilib.

Lukinyas 2019-cu ilin yayıdan “Legiya”da çıxış edir. Hücumçu ötən ilin sonlarında azarkeşlərin “Legiya”nın avtobusuna hücumu zamanı azərbaycanlı futbolçu Mahir Emreli ilə birlikdə xəsarət almışdı. O, Mahirdən fərqli olaraq, azarkeşlərlə qalmaqalı çox qabartmamış, komanda ilə Dubay toplanışına qatılmışdı. Emreli isə “Legiya”nı tərk etmək istəyir və hələ də Varşava təmsilçisinə qayıtmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button