Mahir Emrelinin klubuna 17 min 500 avro cərimə

Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” klubu UEFA tərəfindən cərimələnib.

Komanda.az xəbər verir ki, Varşava təmsilçisi Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun “Spartak”la (Moskva) ev oyununda (0:1) azarkeşlərinin açdığı təhqiramiz pankartlara görə cərimələnib. UEFA “Legiya”nı 17500 avro məbləğində cərimələyib.

Bu mövsümün əvvəlindən “Legiya”da çıxış edən Mahir Emreli ötən ilin sonlarında azarkeşlərlə məlum qalmaqaldan sonra Polşa klubunda qalmaq istəmir. Hazırda o, Varşava təmsilçisi ilə yollarını ayırmağa və azad agent statusu almağa çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button