İran Futbol Federasiyası Rusiya klubundan FİFA-ya şikayət etdi

İran Futbol Federasiyası Rusiyanın “Zenit” klubundan FİFA-ya şikayət edib.

Komanda.az xəbər verir ki, şikayətə səbəb hücumçu Sərdar Azmunun İran yığmasının düşərgəsinə buraxılmaması olub. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. İran Futbol Federasiyası Azmunun yığmaya buraxılmamasının FİFA-nın qaydalarına zidd olduğunu bildirib.

“Zenit” isə bu ittihamla razılaşmır. Sankt-Peterburq təmsilçisinin adı açıqlanmayan rəsmisi Rusiya mətbuatına açıqlamasında bunları deyib:

“Azmunun milliyə dəvəti FİFA-nın müəyyən etdiyi vaxtdan gec olub. Belə vəziyyətdə qərar klubun səlahiyyətində olur. Azmun qışda məşq prosesinin birinci mərhələsini buraxıb. Ona görə də, lazımi idman formasını yığmayıb. O, “Zenit”in futbolçusudur və məqşçilər heyəti komandanın maraqlarına uyğun qərar qəbul edib. Klub öz mövqeyini FİFA-ya bildirib”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button