Azərbaycan millisinin daha 2 futzalçısının testi pozitiv çıxdı
Bu gün oyunöncəsi rəsmi məşqdə iştirak etmək üçün futzal üzrə Azərbaycan millisinin üzvlərindən COVİD-19 anticism analizləri götürülüb.
Komanda.az xəbər verir ki, komandamızın iki üzvünün – Qallo və Rövşən Hüseynlinin testlərinin nəticəsi pozitiv olub.
Buna görə də hər iki futzalçıdan PCR testi götürülüb. Bu testin nəticəsi sabah – yanvarın 22-də, oyuna qədər açıqlanacaq. PCR testin nəticəsi neqativ çıxarsa, hər iki futzalçı Gürcüstanla oyunda iştirak edə biləcək. Futzalçılar hazırda qaldıqları otel otağında karantinə alınıblar və oyunöncəsi məşqdə iştirak etməyəcəklər.
Niderland Krallığının mövcud qanunlarına görə, karantin müddəti 7 gündür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin