İspaniya millisinin üzvü “Barselona” yolunda

İngiltərənin “Vulverhempton” klubunun futbolçusu Adama Traore karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, ispan hücumçu “Barselona” klubuna keçməyə yaxındır. Bu barədə İtaliyanın TMW radiosu məlumat yayıb. Traorenin meneceri Jorje Mendeş “Barselona” ilə danışıqlar aparır.

Kataloniya təmsilçisi 25 yaşlı futbolçu üçün “Vulverhempton”a 20 milyon avro ödəməyə hazırdır. Keçidin yaxın zamanda rəsmiləşəcəyi gözlənilir.

“Barselona”nın yetirməsi olan Traore 2018-ci ildən “Vulverhempton”da çıxış edir. Vinger İspaniya yığmasına da dəvət alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button