İspaniya superkuboku: “Real”ın finaldakı rəqibi bilindi

Futbol üzrə İspaniya superkubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

Komanda.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutan görüşdə Madrid “Atletiko”su ilə Bilbao “Atletik”i üz-üzə gəlib.

Üç qolun qeydə alındığı matç “Atletik”in qələbəsi ilə yekunlaşıb. Beləliklə, Bilbao təmsilçisi yarımfinalda “Barselona”nı 3:2 hesabı ilə məğlub etmiş “Real”la finalda oynamaq hüququ əldə edib. Həlledici qarşlaşma yanvarın 16-da keçiriləcək.

İspaniya superkuboku
Yarımfinal
12 yanvar

Barselona – Real 2:3
Qollar: De Yonq, 41. Fati, 83 – Vinisius, 25. Benzema, 72. Valverde, 98.

13 yanvar

Atletiko – Atletik 1:2
Qol: U.Simon, 62-öz qapısına – Y.Alvares, 77. N.Uilyams, 81.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button