Novak Cokoviç həbs olundu

Serbiyalı tennisçi Novak Cokoviç Avstraliyanın Melburn şəhərində saxlanılıb.

Komanda.az xəbər verir ki, bu barədə 35 yaşlı idmançının atası məlumat yayıb.

Daha əvvəl Avstraliya məhkəməsinin qərarına əsasən, idmançının vizasının ləğv edilməsi və ölkədən deportasiya olunması qərarı qüvvədən düşüb. Buna baxmayaraq, Avstraliya hökuməti məşhur tennisçini ölkədən qova bilər. O, ölkəyə “Australian Open”də iştirak etmək üçün gəlmişdi. Hələlik serbiyalı tennisçinin turnirə buraxılıb-buraxılmayacağı bilinmir.

Novak Cokoviçin Avstraliya vizasının ləğv olunmasına səbəb koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurması olub. Ölkəyə buraxılmayan və bir neçə gün karantin otelində qalan Cokoviç dörd gün davam edən hüquqi prosesdə qalib gəlib. Məhkəmə vizanın ləğvi üçün heç bir səbəbin olmadığı qənaətinə gəlib və serbiyalı tennisçinin oteldən buraxılmasına qərar verib. Onun pasportu və şəxsi əşyaları geri qaytarılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button