Afrika Millətlər kuboku matçından əvvəl milli komandada koronavirus şoku

Futbol üzrə Seneqal milli komandasının qapıçısı Eduard Mendi (“Çelsi”), müdafiəçi Xalidu Kulibali (“Napoli”) və hücumçu Famara Dedu (“Alanyaspor”) koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Seneqal mətbuatı məlumat yayıb. Hər üç oyunçunun koronavirus testi müsbət çıxıb.

Seneqal yığması Afrika Millətlər kuboku çərçivəsində sabah Zimbabve ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button