Dieqo Koşta azad agent oldu
Braziliyalı hücumçu Dieqo Koşta “Atletiko Mineyro” klubundan ayrılıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı futbolçu klubla müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib.
Koşta “Atletiko Mineyro” ilə bu mövsüm Braziliya A Seriyasını və ölkə kubokunu qazanıb. O, bu komanda ilə 19 matçda 5 qol vurub.
Koştanın karyerasına Avropada davam edəcəyi gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin