“Espanyol” “Elçe”yə evdə uduzdu

Futbol üzrə İspaniya La Liqasında 20-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Turun açılış matçında “Levante” doğma meydanda “Malyorka”nı qəbul edib və inamlı qələbəyə sevinib. “Real Sosyedad” “Selta” ilə üz-üzə gəlib və minimal hesabla qalib gəlib. “Barselona” isə səfərdə “Qranada”nın qonağı olub. Kataloniya təmsilçisi turu heç-heçə ilə başa vurub.

Turun mərkəzi görüşü Madriddə keçirilib. “Real” burada “Valensiya” ilə qarşılaşıb və darmadağınla qalib gəlib.

Madridin “Atletiko” komandasının bu turdakı rəqibi isə “Vilyarreal” olub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Sonuncu oyun günündə “Espanyol” doğma meydanda “Elçe”yə uduzub.

İspaniya La Liqası, 20-ci tur

8 yanvar

Levante – Malyorka 2:0
Qol
: Soldado, 47. Morales, 90+7.

Real Sosyedad – Selta 1:0
Qol
: Oyarzabal, 13.

Qranada – Barselona 1:1
Qol
: Puertas, 89 – De Yonq, 57.

Real – Valensiya 4:1
Qol
: Benzema, 43; 88. Vinisius, 52; 61 – Qedeş, 76.

9 yanvar

Rayo Valyekano – Betis 1:1
Qol
: Balliu, 70 – Kanales, 45+2.

Sevilya – Xetafe 1:0
Qol
: Mir, 22.

Alaves – Atletik 0:0

Osasuna – Kadis 2:0
Qol
: Budimir, 38. Barxa, 48.

Vilyarreal – Atletiko 2:2
Qol
: Torres, 29. Moreno, 58 – Korrea, 10. Kondoqbia, 67.

10 yanvar

Espanyol – Elçe 1:2
Qol
: De Tomas, 45+3 – Milya, 6; 14.

Bombardir: Kərim Benzema (“Real”) – 15 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button