“Milan” “Roma”ya qalib gəldi, “Yuventus” “Napoli” ilə “sülh bağladı”

Bu gün İtaliya A Seriyasında 20-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün keçirilməli olsa da, onlardan bəzisi baş tutmayıb.

“Milan” doğma meydanda “Roma”nın müqavimətini qırmağı bacarıb.

Turun mərkəzi görüşü Turində olub. “Yuventus” burada “Napoli” ilə üz-üzə gəlib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətlənib.

Bu tur keçirilməli olan “Salernitana” – “Venetsiya” matçı meydan sahibi komandanın heyətində koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.

“Fiorentina” – “Udineze”, “Atalanta” – “Torino” və “Bolonya” – “İnter” matçları da koronavirusa görə baş tutmayıb.

İtaliya A Seriyası, 20-ci tur

6 yanvar

Sampdoriya – Kalyari 1:2
Qol
: Qabbyadini, 18 – Deyola, 55. Pavoletti, 71.

Latsio – Empoli 3:3
Qol
: İmmobile, 14. Milinkoviç-Saviç, 66; 90+3 – Bayrami, 6. Zurkovski, 8. Di Françesko, 75.

Spetsiya – Verona 1:2
Qol
: Erliç, 85 – Kaprari, 59; 77.

Sassuolo – Cenoa 1:1
Qol
: Berardi, 55 – Destro, 7.

Milan – Roma 3:1
Qol
: Jiru, 8-pen. Messias, 17. Leao, 82 – Abraham, 40.

Yuventus – Napoli 1:1
Qol
: Kyeza, 54 – Mertens, 23.

Bombardir: Duşan Vlahoviç (“Fiorentina”) – 16 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button