“Belə vəziyyətdə necə çempionluq mübarizəsi aparaq?” – Tuxel
“Çelsi”nin baş məşqçisi Tomas Tuxel Premyer Liqada çempionluq yarışı haqda danışıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, çempionluq mübarizəsinin çətin olduğunu söyləyib:
“Çempionluq uğrunda mübarizə apardığımızı düşünmək düz deyil. Heyətimizdə koronavirusa yoluxanlar, zədə səbəbindən uzun müddət sıradan çıxan futbolçular var. Belə vəziyyətdə necə çempionluq mübarizəsi aparaq? Bunun üçün heyət tam sağlam olmalıdır. Sağlam olanlar hər oyun meydana çıxır, bütün gücləri ilə məşq edirlər. İndi onlar meydana daxil olurlar, tam güclə məşq edirlər. Amma fiziki hazırlıq və oyunun intensivliyi baxımından futbolçuları qarşıda nə gözlədiyini bilmirik”.
“Çelsi” Premyer Liqada 2-ci sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin