“Mahir Emreli “Legiya”da qalacaq” – Yatsek Zelinski

Futbol üzrə Azərbaycan millisinin futbolçusu Mahir Emreli ən azı bu mövsümün sonunadək Polşa “Legiya”sında qalacaq.

Komanda.az xəbər verir ki, bunu Varşava təmsilçisinin yeni idman direktoru Yatsek Zelinski bəyan edib.

O, yerli mətbuata açıqlamasında 24 yaşlı hücumçu ilə yanaşı, müdafiəçi Mateuş Veteska və Bartoş Slişin də “Legiya”da qalacağını bildirib. Klub rəsmisi hazırda bu oyunçuların komandadan ayrılmasının gündəmdə olmadığını söyləyib.

Bu mövsümün əvvəlində “Legiya” ilə 3+1 illik müqavilə imzalamış Mahir Emrelinin azarkeşlərlə insidentdən sonra paytaxt klubunu tərk edəcəyi iddia olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button