“Qəbələ”nin qış planı bilindi

“Qəbələ”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Komanda.az klubun saytına istinadən xəbər verir, “qırmızı-qaralar” 2021/22 mövsümünün ikinci yarısının hazırlığına yanvarın 6-da start verəcək.

Elmar Baxşıyevin yetirmələri bu mərhələdə məşqlərini Bakıda gerçəkləşdirəcək. Bakı toplanışı çərçivəsində yoxlama oyununun keçirilməsi də nəzərdə tutulmayıb.

“Qəbələ” yanvarın 15-də Türkiyəyə yollanacaq. “Qırmızı-qaralar” Antalyanın Bələk bölgəsindəki “İC Santai” otelində məskunlaşacaq. Ayın 25-dək davam edəcək hazırlıq çərçivəsində 3 yoxlama matçı olacaq. Bu qarşılaşmalar yanvarın 17-də, 20-də və 24-də keçiriləcək.

“Qəbələ”nin rəqibləri hələlik dəqiqləşməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button