Jorjinyo Cerrardın rekordunu qırdı

“Çelsi” İngiltərə Premyer Liqasının 19-cu turunda “Aston Villa”nı məğlub edib – 3:1.

Komanda.az “gracenote” portalına istinadən xəbər verir ki, sözügedən matçda iki dəfə penalti zərbəsindən qol vuran “Çelsi”li Jorjinyo yeni uğura imza atıb.

İtalyan yarımmüdafiəçi 2021-ci ildə çempionatda 10 dəfə penaltidən qol vurub. Jorjinyo Premyer Liqada bir təqvim ilində penalti zərbəsindən ən çox qol vuran futbolçu olub. O, bu göstəricidə “Liverpul”un sabiq futbolçusu Stiven Cerrardın rekordunu yeniləyib. Cerrard 2014-cü ildə çempionatda “Liverpul”la 9 dəfə penaltidən qol vurmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button