“Legiya” “Qarabağ”ın futbolçusunu istəyir
Polşanın “Legiya” klubu “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade ilə maraqlanır.
Komanda.az xəbər verir ki, bu barədə Polşa mətbuatı xəbər yayıb. Varşava klubu 28 yaşlı kabo-verdeli futbolçunu qış transfer pəncərəsi dövründə heyətinə qatmaq istəyir.
Məlumata görə, “Qarabağ” yaxşı təklif qarşılığında Andradenin “Legiya”ya keçidində maraqlıdır.
Andrade 2020-ci ilin yayından “Qarabağ”ın formasını geyinir. O, bu mövsüm 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
“Legiya”da Azərbaycan millisinin futbolçusu Mahir Emreli də forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin