“Bavariya”da ağır itki
“Bavariya” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, Münhen təmsilçisinin qapıçısı Manuel Noyer zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Almaniya Bundesliqasının 29-cu turunda “Fortuna” ilə oyunda (4:1) zədələnən Noyer, 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Noyer “Bavariya”nın Bundesliqanın 30-cu turu çərçivəsində “Verder”, 31-ci turunda isə “Nürnberq”lə qarşılaşacağı oyunda iştirak etməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin