Konte 2 futbolçudan narazıdır – satılmalarını istəyir
İngiltərənin “Tottenhem” klubu qış transfer pəncərəsi dövründə futbolçusu Dele Alli və Mett Doherti ilə yollarını ayırmağı düşünür.
Komanda.az xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Antonio Konte hər iki oyunçunun performansından narazıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
“Tottenhem” bu iki futbolçunun satışından gələcək pulla heyətini yeni hücumçu və müdafiəçi ilə gücləndirmək istəyir.
Dele Alli bu mövsüm 16, Mett Doherti isə 9 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin