AFFA-dan MOİK-ə 3600 manat cərimə
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
MOİK – “Qəbələ” oyununda oyun öncəsi yanğından mühafizə xidmətinin nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur;
MOİK klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 800 manat cərimə olunur;
MOİK klubunun futbolçusu Elşən Veysov “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur;
MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur;
“Zaqatala” – “Səbail” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
Bizi Facebook-da izləyin