“Bizə yaraşmayan səhvlərdən qol buraxdıq” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun Azərbaycan Premyer Liqasının 14-cü turunda “Qarabağ”a qarşı keçirdikləri oyundan (0:2) sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Sadıqov, media nümayəndələri ilə görüşdə məğlub olduqları matçla bağlı bunları deyib:

  • Futbolçularımın çıxışından çox razı qaldım. Əzmkar və inamlı oyun oldu. Bizə yaraşmayan səhvlərdən qol buraxdıq. Ucuz qolların acısını çəkdik. Oyunu təhlil edəcəyik. Rəqibdən çəkinmirdik. “Qarabağ” öz meydanında inamlı oynayır.
  • İstədiyiniz komandanın neçə faizi formalaşıb?
  • Faizə bölməyəcəm. İstədiyim komandanı görürəm. Xüsusilə, bu oyunda yaxşı çıxış etdik. Rəqibin təzyiqindən çıxa bildik. Yaxşı hücumlarımız olsa da, dəyərləndirə bilmədik. İstədiyim komandanı görürəm. İki dövrəyə 22 xal toplamışıq. Bu, yaxşı göstəricidir. Son iki oyundur məğlub oluruq. Ötən oyunda məğlubiyyətə layiq deyildik.
  • Qış transfer pəncərəsiylə bağlı konkret planınız var?
  • Geniş heyət istəyirəm. Hücum xəttində problemlərimiz var. İstəyirəm ki, transfer olsun. Ürəyimcə olmayan futbolçunu komandaya götürməyəcəm. Zədələnən Nemanya Andelkoviçin yerinə futbolçu gətirməyi düşünürük. 4 ay bizimlə olmayacaq. Bu mövqeyi gücləndirmək istəyirik. Anatole Abanqın bizə keçidi gözlənilmir.
  • Azarkeşlər “Rəşad milliyə” deyə, şüarlar səsləndirirdi.
  • Diqqətim oyunda idi, buna fikir vermirdim.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button