Mahir Emreli “Legiya”nı tərk etmək istəyir

Azərbaycan millisinin üzvü Mahir Emreli Polşanın “Legiya” klubundan ayrılmaq niyyətindədir.

Komanda.az xəbər verir ki, o, Ekstraklasanın 18-ci turunda “Visla”ya uduzduqları oyundan (0:1) sonra azarkeşlərin hücumuna məruz qaldığı üçün bu addımı atmaq fikrinə düşüb.

Emrelinin müqaviləni ləğv etmək üçün vəkillərlə məsləhətləşdiyi bildirilir. 24 yaşlı hücumçunun növbəti turda “Zaqlembe” ilə matçda meydana çıxmayacağı gözlənilir.

Mahir bu mövsüm “Legiya” ilə 33 oyunda 11 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button