Bakı klubu polisə görə cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda Azərbaycan 1-ci divizionunun 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

MOİK – “Kəpəz” oyununda polis nümayəndəsi təyin olunan vaxtda oyun öncəsi iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur;

Nəzarət buraxılış xidmətinin nümayəndəsi təyin olunan vaxtda oyun öncəsi iclasda iştirak etmədiyi üçün MOİK 80 manat cərimə olunur;

MOİK klubunun futbolçusu Elşən Veysov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

“Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur;

“Qəbələ-2” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun nümayəndəsi təyin olunan vaxtda oyun öncəsi iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur;

“Zaqatala” – “Sumqayıt-2” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur;

“Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur;

“Səbail-2” – “Keşlə-2” oyununda “Keşlə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button