“Bayern”in futbolçusu üçün il bitdi
Almaniyanın “Bayern” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, Münhen təmsilçisinin yarımmüdafiəçisi Yozua Kimmix 2021-ci ildə olacaq oyunları buraxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Koronavirusdan yeni sağalan Kimmixin ağciyərlərində kiçik problem yaranıb və futbolçu bu səbəbdən komandasının 2021-ci ildəki matçlarında iştirak edə bilməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



