“Bazel”in futbolçusu: “Qarabağ” güclü rəqibdir”
İsveçrənin “Bazel” komandasının futbolçusu Paytam Kasami Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, İsveçrə mətbuatına danışan yarımmüdafiəçi, “Qarabağ”ın güclü rəqib olduğunu deyib:
“Qarabağ” güclü və təcrübəli rəqibdir. Bu komanda UEFA Çempionlar Liqasının qrup mərhələsində oynayıb. Amma biz onları təhlil etmişik və matça hazırıq.
Bu qarşılaşmada qalib gəlmək istəyirik. Gələn ilin fevralında pley-off oynamaqdansa, bu gün qələbə qazanmaq daha asandır”.
Bu gün keçiriləcək “Bazel” – “Qarabağ” matçı saat 00:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin