“Mançester Yunayted”də 15 il sonra gələn ayrılıq
“Mançester Yunayted” klubunun müvəqqəti baş məşqçisi Maykl Karrik vəzifəsindən ayrılıb.
Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”ı “Arsenal”la Premyer Liqa matçına çıxaran Karrik, sözügedən oyundan sonra klubdan ayrıldığını açıqlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Mançester Yunayted”i mövsümün sonuna qədər Ralf Ranqnik çalışdıracaq.
Karrik 2006-2018-ci illərdə futbolçu, 2018-2021-ci illərdə məşqçi kimi “Mançester Yunayted”in uğurları üçün çalışıb.
“Mançester Yunayted” “Arsenal”ı 3:2 hesabıyla məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin