“Qarabağ”la oyunda meydana çıxdı, 100-ə çatdı
Tərlan Quliyev “Keşlə”də 100-cü çempionat oyununu keçirib.
Komanda.az xəbər verir ki, bu, Premyer Liqanın 11-ci turuna təsadüf edib. Müdafiəçi “Qarabağ”la görüşdə (0:1) sonradan meydana çıxıb.
Quliyev 2016-cı ilin yayından formasını geyindiyi paytaxt klubunda 6-cı mövsümdə 100-ə çatıb. O, bu qarşılaşmalarda 2 qol vurub.
Tərlanın “Keşlə”dəki debütü də “Qarabağ”la matça təsadüf edib. 2016-cı avqustun 7-dəki ev oyununda paytaxt klubu 2:1 hesablı qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin