2:0, Emeri, 50-50-yə şans
UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Napoli”yə 2:0 hesabı ilə qalib gələn “Arsenal”ın baş məşqçisi Unay Emeri matçdan sonra açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, cavab oyununun çətin keçəcəyini deyib:
“Bu gün yaxşı oyun göstərdik, üçüncü qolu da vura bilərdik, amma alınmadı. Cavab matçında bizi çox çətin oyun gözlədiyini bilirik. Bu gün sərfəli nəticə əldə etdik, amma öz meydanında çox güclü oyun göstərən komandaya qarşı oynayacağıq. Komandaların növbəti mərhələ şansı bərabərdir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin