Koutinyo ilə bağlı son qərarı Xavi verəcək
“Barselona”nın futbolçusu Filippe Koutinyo klubu tərk etmək istəmir.
Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
“Barselona” yayda Koutinyonu satmağı və ya icarəyə verməyi düşünsə də, uyğun təklif olmadığı üçün oyunçunun keçidi baş tutmamışdı.
Kataloniya təmsilçisinin yeni baş məşqçisi Xavi Koutinyonun gələcəyi haqda qərar verməzdən əvvəl onunla danışmağı planlaşdırır.
Bununla yanaşı, Koutinyo qışda klubu tərk etmək istəmir. O, mövsümün sonuna qədər komandada qalıb, yayda gələcək təklifləri dəyərləndirməyi düşünür.
Koutinyo bu mövsüm La Liqada 8 oyuna çıxıb və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin