Seçmə mərhələyə yekun vuruldu, Türkiyə millisi ikinci oldu

Bu gün DÇ-2022-nin seçmə mərhələsində sonuncu – 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə A, B, H, J qrupunun qarşılaşmaları keçirilib.

Azərbaycan millisinin yer aldığı A qrupunda Portuqaliya Serbiyanı qəbul edib. Qonaqlar mundiala vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalı idisə, meydan sahiblərinə heç-heçə də sərf edirdi. Oyunda hesabı da Portuqaliya yığması açıb. Amma qalan dəqiqələrdə iki qol vuran Serbiya böyük əzmkarlıq sayəsində qalib gəlib və qrup lideri kimi mundiala vəsiqə qazanıb. Qrupun digər matçında Lüksemburq İrlandiyanı qəbul edib. Bu oyunda da qonaqlar darmadağına seviniblər. Azərbaycan yığması bu qrupdakı matçlarını bitirib və 1 xalla turnirlə vidalaşıb.

B qrupunda İsveç İspaniyanın, Kosovo Yunanıstanın qonağı olub. Skandinaviyalılar DÇ-2022-də iştirakı rəsmiləşdirmək üçün 3 qat Avropa çempionunu yenməli idi. Meydan sahibləri bərabərlik sayəsində də istəyinə çatacaqdı. Amma İspaniya yığması buna qələbə ilə nail olub. Yunanıstan – Kosovo görüşü isə bərabərliklə bitib.

H qrupunun əhəmiyyəti oyunu Xorvatiya və Rusiya komandaları arasında olub. Xorvatiyalılar doğma meydanda qələbə qazansa, mundialda iştirakı təmin edəcəkdilər. Sözügedən komanda minimal hesabla qalib gəlib və DÇ-yə vəsiqə qazanıb. Qrupun digər oyunlarına gəlincə, Malta Slovakiyanı, Sloveniya isə Kipri qəbul edib. Slovakiya və Sloveniya yığmaları bu oyunlardan qalib ayrılıb.

J qrupunda Lixtenşteyn Rumıniyanı, Şimali Makedoniya İslandiyanı, Ermənistan isə Almaniyanı qəbul edib. Almaniya vaxtından əvvəl qrup liderliyini rəsmiləşdirsə də, bu oyunda darmadağınla qalib gəlib. Şimali Makedoniya isə son oyunda qələbə qazanmaqla pley-offda oynamaq hüququ əldə edib. Rumıniya yığması da Lixtenşteyn üzərində inamlı qələbəyə sevinib.

Dünən daha 8 qarşılaşma keçirilib. C qrupunda İtaliya millisi səfərdə Şimali İrlandiya ilə, İsveçrə isə evdə Bolqarıstanla qarşılaşıb. İtaliya yalnız top fərqinə görə isveçrəliləri üstələyirdi. Bu mənada, komandalar final mərhələsinə birbaşa vəsiqə üçün xal ititrməməklə yanaşı, böyük hesablı qələbə qazanmalı idilər. İtaliya yığması bu vəzifənin öhdəsindən gələ bilməyib. Sözügedən komanda Şimali İrlandiya ilə oyundan qolsuz ayrılıb. Əvəzində İsveçrə yığması darmadağınla qalib gələrək qrup birincisi olub və mundiala birbaşa vəsiqə qazanıb. İtaliya yığması isə ikinci yeri tutmaqla pley-offda oynamaq məcburiyyətində qalıb.

F qrupunda bütün suallara aydınlıq gəldiyindən, Şotlandiya – Danimarka qarşılaşması formal xarakter daşıyırdı. 27 xala malik Danimarka seçməsi final mərhələsinə, 20 xalı olan Şotlandiya isə pley-offa vəsiqəni əvvəlcədən rəsmiləşdirmişdi. Danimarkalılar son oyunda 2 cavabsız qolla uduzublar. İsrail – Farer adaları və Avstriya – Moldova qarşılaşmalarının nəticələri isə 3-cü pillənin taleyinə aydınlıq gətirib. Hər iki oyunda meydan sahibləri qələbə qazanıblar. Yekunda üçüncü yeri İsrail yığması tutub.

I qrupuna başçılıq edən İngiltərə millisini DÇ-nin final mərhələsinə vəsiqə qazanmaq üçün San Marino ilə səfər oyununda heç-heçə də qane edirdi. Amma ingilislər bu görüşdə 10 cavabsız qolla qalib gəliblər və dünya çempionatına vəsiqə qazanıblar. İkinci sırada yer alan Polşa yığması isə mundiala birbaşa yollanmaq üçün evdə Macarıstana böyük hesabla qalib gəlib İngiltərənin “cırtdanlar”a uduzmasını gözləməliydi. Amma ingilislər uduzmadığı kimi, polşalılar da macarlarla ev oyunundan məğlub ayrılıblar. Bu, Polşa yığmasının qrup ikincisi olmasına və pley-offa vəsiqə qazanmasına mane olmayıb. Albaniya yığması da Andorra üzərində qələbə ilə qrup üçüncüsü olub.

Bu gün keçirilən qarşılaşmalarla seçmə mərhələyə yekun vurulub. G qrupunda yer alan Türkiyə millisi səfərdə Monteneqro ilə qarşılaşacaq. Türklər mundiala vəsiqə qazanmaq üçün bu matçda mütləq qələbə qazanmalıydı. “Ay-ulduzlular” buna əzmkar qələbə ilə nail olublar. Qrupun digər matçında Niderland Norveçi qəbul edib. Niderlanda final mərhələsi üçün heç-heçə də sərf edirdi. Bu qarşılaşma da qolsuz bitib. Yekunda Niderland qrup birincisi kimi mundiala, Türkiyə yığması isə ikinci yerlə pley-offa vəsiqə qazanıb.

DÇ-2022, seçmə mərhələ, 10-cu tur

14 noyabr

H qrupu

Xorvatiya – Rusiya 1:0
Qol
: Kudryaşov, 81-öz qapısına.

Sloveniya – Kipr 2:1
Qol
: Zayç, 48. Çerin, 84 – Kakulis, 89.

Malta – Slovakiya 0:6
Qol
: Rusnak, 6; 16. Duda, 8; 69; 80. De Marko, 72.

J qrupu

Şimali Makedoniya – İslandiya 3:1
Qol
: Alioski, 7. Elmas, 65; 87 – Torsteynsson, 54.

Lixtenşteyn – Rumıniya 0:2
Qol
: Man, 8. Banku, 87.

Ermənistan – Almaniya 1:4
Qol
: Mxitaryan, 59-pen – Haverts, 15. İ.Gündoğan, 45+4-pen; 50. Hofmann, 64.

A qrupu

Portuqaliya – Serbiya 1:2
Qol
: Sançes, 2 – Tadiç, 33. Mitroviç, 90.

Lüksemburq – İrlandiya 0:3
Qol
: Daffi, 67. Oqbene, 75. Robinson, 88.

B qrupu

İspaniya – İsveç 1:0
Qol
: Morata, 86.

Yunanıstan – Kosovo 1:1
Qol
: Masuras, 44 – Rrahmani, 76.

15 noyabr

C qrupu

Şimali İrlandiya – İtaliya 0:0

İsveçrə – Bolqarıstan 4:0
Qol
: Okafor, 48. Varqas, 57. İtten, 72. Freuler, 90+1.

F qrupu

Şotlandiya – Danimarka 2:0
Qol
: Souttar, 35. Adams, 86.

Avstriya – Moldova 4:1
Qol
: Arnautoviç, 4; 55-pen. Trimmel, 22. Lyubiçiç, 83 – Nikolaesku, 60.

İsrail – Farer adaları 3:2
Qol
: Dabbur, 30. Vaysmann, 58. Perets, 75 – Vatnhamar, 62. Olsen, 72.

İ qrupu

San Marino – İngiltərə 0:10
Qol
: Maquayr, 6. Fabbri, 15-öz qapısına. Keyn, 27-pen; 32; 39; 42. Smit Rou, 58. Minqs, 69. Abraham, 78. Saka, 79.

Polşa – Macarıstan 1:2
Qol
: Sviderski, 62 – Şafer, 37. Qazdaq, 80.

Albaniya – Andorra 1:0
Qol
: E.Çekici, 74-pen.

16 noyabr

D qrupu

Finlandiya – Fransa 0:2
Qol
: Benzema, 66. Mbappe, 76.

Bosniya və Herseqovina – Ukrayna 0:2
Qol
: Zinçenko, 59. Dovbik, 79.

E qrupu

Uels – Belçika 1:1
Qol
: Mur, 32 – De Bruyne, 12.

Çexiya – Estoniya 2:0
Qol
: Brabeç, 59. Şikora, 85.

G qrupu

Niderland – Norveç 2:0
Qol
: Berqveyn, 84. Depay, 90+1.

Monteneqro – Türkiyə 1:2
Qol
: Beçiray, 4 – K.Aktürkoğlu, 22. O.Kökcü, 60.

Cəbəllütariq – Latviya 1:3
Qol
: Uolker, 7 – Qutkovski, 25. Uldrikis, 55. Krollis, 75.

Bombardir: Memfis Depay (Niderland) – 9 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button