36 yaşlı Albiolla 2 illik müqavilə
İspaniyanın “Vilyarreal” klubu müdafiəçisi Raul Albiolla müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
36 yaşlı futbolçunun sözləşməsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.
İspaniya millisinin sabiq üzvü 2019-cu ildən “Vilyarreal”da çıxış edir. O, “Xetafe”, “Real” və “Napoli” kimi klublarda da oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin