Həyat yoldaşına görə dünya çempionatından imtina edən kapitan FOTOLAR
Qadın futbolçulardan ibarət İngiltərə millisinin kapitanı Stef Hoton, karyerasıyla bağlı ciddi qərar verməyə hazırlaşır.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə çempionatında “Mançester Siti”nin şərəfini qoruyan Hoton, ötən ay “Liverpul”un sabiq üzvü Stiven Darbi ilə evlənib. “Liverpul”la yanaşı, bir müddət “Brentford Siti”də də forma geyinən Darbi, ağır xəstəliyə tutulduqdan sonra karyerasını bitirib.
Hoton, nevroloji xəstə olan həyat yoldaşına baxmaq üçün yayda keçiriləcək qadın futbolçulardan ibarət milli komandaların dünya çempionatında iştirakdan imtina edəcək. Bu barədə o, İngiltərə mətbuatına açıqlamasında deyib:
“O, mənim və ailəmin ilham qaynağıdır. Sağalacaq və güclü olacaq. Onu tək qoymaq istəmirəm. Onun hər zaman mənimlə qürur duymasını istəyirəm”.
Bizi Facebook-da izləyin