Belçika və Fransa DÇ-2022-də, Türkiyədən darmadağın
Dünən DÇ-2022-nin seçmə mərhələsinin 9-cu turuna yekun vurulub.
Komanda.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan yığması da növbəti matçına çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Bakıda Lüksemburqla qarşılaşıb və növbəti məğlubiyyətə üzülüb. Qrupun digər matçında İrlandiya və Portuqaliya milli komandaları üz-üzə gəliblər. Bu oyunda qapılara qol vurulmayıb.
Əsas mərhələyə vəsiqəni təmin edən Almaniya millisi Lixtenşteyni sınağa çəkib və 9 cavabsız qola sevinib. İspaniya Yunanıstanın, Xorvatiya isə Maltanın qonağı olub. Hər iki oyunda qonaqlar qələbəni bayram edən tərəf olub.
Bu gün daha 8 qarşılaşma keçirilib. İngiltərə yığması Albaniyanı darmadağın edib, İtaliya isə İsveçrə ilə oyunda xal itkisi ilə üzləşib.
Sonuncu oyun günündə daha 7 qarşılaşma baş tutub. D qrupunda lider Fransa yığması Qazaxıstanı qəbul edib və 8 cavabsız qola sevinib. Fransızlar bu oyuna qalib gəlməklə həm də mundialın final mərhələsinə vəsiqəni təmin ediblər. Qrupun digər matçında Bosniya və Herseqovina Finlandiya ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu oyunda qonaqlar qalib gəliblər.
E qrupunun lideri Belçika bu dəfə Estoniya ilə qarşılaşıb. Belçika millisi inamlı qələbə sayəsində adını DÇ-2022-nin iştirakçıları arasına yazdırıb. Qrupun digər qarşılaşması Uels və Belarus yığmaları arasında baş tutub. Bu oyunda meydan sahibləri darmadağına seviniblər.
G qrupunda Norveç Latviyanı, Türkiyə Cəbəllütariqi, Monteneqro Niderlandı qəbul edib. Niderland qələbə qazansa, Norveç isə xal itirsə, “narıncılar” mundiala vəsiqə qazanmış olacaqdı. Amma həm Niderlandın, həm də Norveçin oyununda heç-heçə qeydə alınıb. Əvəzində “ay-ulduzlular” darmadağınla qalib gələrək ikinci pilləyə yüksəliblər və pley-off şanslarını davam etdirirlər.
DÇ-2022, seçmə mərhələ, 9-cu tur
11 noyabr
A qrupu
Azərbaycan – Lüksemburq 1:3
Qol: A.Salahlı, 82 – J.Rodriqes, 67; 90+1. S.Till, 78.
İrlandiya – Portuqaliya 0:0
B qrupu
Gürcüstan – İsveç 2:0
Qol: Kvaratsxeliya, 61; 77.
Yunanıstan – İspaniya 0:1
Qol: Sarabiya, 26-pen.
H qrupu
Rusiya – Kipr 6:0
Qol: Yeroxin, 4; 87. Smolov, 55. Mostovoy, 56. Sutormin, 62. Zabolotnı, 82.
Slovakiya – Sloveniya 2:2
Qol: Duda, 58-pen. Ştreleç, 74 – Zayç, 18. Mevlya, 62.
Malta – Xorvatiya 1:7
Qol: Brozoviç, 31-öz qapısına – Perişiç, 6. Çaleta-Çar, 22. Paşaliç, 39. Modriç, 45+1. Mayer, 47; 64. Kramariç, 53.
J qrupu
Ermənistan – Şimali Makedoniya 0:5
Qol: Traykovski, 22. Bardi, 36; 67-pen; 90-pen. Ristovski, 79.
Rumıniya – İslandiya 0:0
Almaniya – Lixtenşteyn 9:0
Qol: İ.Gündoğan, 11. Kaufmann, 20-öz qapısına. Sane, 22; 49. Roys, 23. Müller, 76; 86. Baku, 80. Goppel, 89-öz qapısına.
12 noyabr
F qrupu
Moldova – Şotlandiya 0:2
Qol: Patterson, 38. Adams, 65.
Avstriya – İsrail 4:2
Qol: Arnautoviç, 51. Şaub, 62; 72. Sabitzer, 84 – Bitton, 33. Perets, 59.
Danimarka – Farer adaları 3:1
Qol: S.Olsen, 18. Larsen, 63. Mehle, 90+3 – K.Olsen, 90.
C qrupu
İtaliya – İsveçrə 1:1
Qol: Di Lorenso, 36 – Vidmer, 11.
Şimali İrlandiya – Litva 1:0
Qol: Satkus, 18-öz qapısına.
İ qrupu
İngiltərə – Albaniya 5:0
Qol: Maquayr, 9. Keyn, 18; 33; 45+2. C.Henderson, 28.
Andorra – Polşa 1:4
Qol: Vales, 45 – Levandovski, 5; 73. Yuzvyak, 11. Milik, 45+2.
Macarıstan – San Marino 4:0
Qol: Soboslai, 6; 83. Qazdaq, 22. Veçsei, 88.
13 noyabr
D qrupu
Bosniya və Herseqovina – Finlandiya 1:3
Qol: Menalo, 69 – Forss, 29. Lod, 51. Oşennesi, 73.
Fransa – Qazaxıstan 8:0
Qol: Mbappe, 6; 12; 32; 87. Benzema, 55; 59. Rabyo, 75. Qrizmann, 84-pen.
G qrupu
Norveç – Latviya 0:0
Türkiyə – Cəbəllütariq 6:0
Qol: K.Aktürkoğlu, 11. H.Dervişoğlu, 38; 41. M.Demiral, 65. S.Dursun, 81. M.Müldür, 84.
Monteneqro – Niderland 2:2
Qol: Vukotiç, 82. Vuynoviç, 86 – Depay, 25-pen; 54.
E qrupu
Uels – Belarus 5:1
Qol: Remsi, 3; 50-pen. Uilyams, 20. Deyvis, 77. Roberts, 89 – Kontsevoy, 87.
Belçika – Estoniya 3:1
Qol: Benteke, 11. Karrasko, 53. T.Hazard, 74 – Sorqa, 70.
Bombardir: Aleksandar Mitroviç (Serbiya), Eran Zahavi (İsrail), Memfis Depay (Niderland) – 7 qol.
Bizi Facebook-da izləyin