“Mən Beylin atası deyiləm”

İspaniyanın “Real” komandasının baş məşqçisi Karlo Ançelotti futbolçusu Qaret Beyl haqda açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, italyan mütəxəssis, uelsli yarımmüdafiəçinin zədəli olmasına baxmayaraq, milli komandaya dəvət almasıyla bağlı danışıb:

“Bu mövzuda həkimlərin razılığı var. Beylin milli komandayla oynamaq ehtimalı var. Bu ola-ola onu yığmaya göndərməyə bilməzdik.

Mən Beylin atası deyiləm. O, son vaxtlar yaxşı deyil, amma onun bu komanda üçün etdiklərini unutmaq olmaz. 2014-cü ildə Çempionlar Liqasını və İspaniya kubokunu qazanmağımıza kömək olub. Azarkeşlər bunu unutmamalıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button