“Hər kəs Kimmix kimi düşünsəydi, oyunlar daha bir il azarkeşsiz keçiriləcəkdi”

Almaniya yığmasının sabiq futbolçusu Mario Qomes koronavirusa qarşı peyvənd olunmayan “Bayern”in futbolçusu Yozua Kimmix haqda açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş hücumçu, Kimmixin peyvənd olunmamasına belə münasibət bildirib:

“Stadionlar artıq dolur. Çünki insanların 70-80 faizi peyvənd olunub və matçlara rahat gəlir. Peyvənd olunmayan futbolçular da artıq bundan istifadə edir. Hər kəs Kimmix kimi düşünsəydi, yəqin, oyunlar daha bir il azarkeşsiz keçiriləcəkdi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button