Yayım hüququndan ən çox qazanan çempionatlar SİYAHI

“KPMG Football Benchmark” şirkəti Avropanın 5 aparıcı çempionatının yayım hüquqlarından qazandığı gəliri açıqlayıb.

Komanda.az xəbər verir ki, İngiltərə Premyer Liqası bu siyahıda birinci pillədədir. Premyer Liqa oyunlarının yayım hüququ 2019-2022-ci illər aralığı üçün 4 milyard 740 milyon avro qarşılığında satılıb. Bu razılaşmayla, Premyer Liqa yayım hüququndan illik 1 milyard 580 milyon avro qazanacaq. Premyer Liqanın 2016-2019-cu illər aralığındakı gəliri isə 1 milyard 195 milyon avrodur.

İkinci yerdə İspaniya La Liqasıdır. La Liqanın yayım hüququndan illik qazancı 690 milyon avrodur.

“Beşlik”dəki sıralamanı təqdim edirik:

  1. İngiltərə Premyer Liqası – 1 milyard 580 milyon avro
  2. İspaniya La Liqası – 690 milyon avro
  3. İtaliya A Seriyası – 371 milyon avro
  4. Almaniya Bundesliqası – 240 milyon avro
  5. Fransa Liqa 1 – 80 milyon avro
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button