Xavinin komandasından rekord göstərici

“Barselona”nın sabiq futbolçusu Xavinin baş məşqçisi olduğu “Əl Sədd” komandası Qətər çempionatında 34 oyundur uduzmur.

Komanda.az xəbər verir ki, bu, klub tarixinin rekord göstəricisidir. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

“Əl Sədd” Qətər çempionatının 7-ci turunda “Umm Salal”ı 3:1 hesabıyla məğlub edərək, məğlubiyyətsizlik seriyasını 34 oyuna çatdırıb və rekorda imza atıb.

Xavi “Əl Sədd”lə 7 titul qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button