Harri Keyn üçün mövsüm bitdi?
“Tottenhem”in Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Mançester Siti”ni məğlub etdiyi matçda (1:0) zədələnən hücumçusu Harri Keynin durumuna aydınlıq gəlib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Maurisio Poçettino oyundan sonra jurnalistlərə açıqlamasında bildirib. O, Keynin bu gün tibbi müayinədən keçəcəyini və böyük ehtimalla, mövsümün qalan hissəsində meydana çıxmayacağını deyib.
“Tottenhem” – “Mançester Siti” matçının 58-ci dəqiqəsində zədələnərək, meydanı tərk edən Keyn, bu mövsüm 38 qarşılaşmada iştirak edərək, 24 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin