Kane qışda “Neftçi”ni tərk edə bilər

Müqavilə ilə “Olimpiakos”a məxsus olan, icarə əsasında “Neftçi”də çıxış edən Mamadu Kane qışda Yunanıstan klubuna qayıda bilər.

Komanda.az xəbər verir ki, Pirey təmsilçisi Kanenin çıxışından razıdır və onu qışda komandaya cəlb etmək istəyir. Bu baradə Yunanıstan mətbuatı məlumat yayıb.

“Olimpiakos” yay transfer pəncərəsi dövründə “Neftçi”nin futbolçusu Kaneylə rəsmi müqavilə imzalayıb və yarımmüdafiəçini yenidən “ağ-qaralar”a icarəyə verib.

Qvineya millisinin də üzvü olan Kanenin “Neftçi”ylə müqaviləsi mövsümün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button