“Barselona”nın hədəfindəki “qırmızı şeytan”
İspaniyanın “Barselona” klubu qışda heyətini yeni yarımmüdafiəçi ilə gücləndirmək niyyətindədir.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “Mançester Yunayted”dən Donni van de Beki transfer etmək istəyir. Bu barədə ESPN telekanalı məlumat yayıb.
“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer niderlandlı futbolçunun klubu tərk etməsini istəmir.
24 yaşlı yarımmüdafiəçi bu mövsüm “qırmızı şeytanlar”la cəmi 3 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin