“Mbappe və Benzema möhtəşəm iş gördü” – Qrizmann
Fransa milli komandasının futbolçusu Antuan Qrizmann Millətlər Liqasının yarımfinalında Belçikaya qalib gəldikləri oyundan (3:2) sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, 30 yaşlı hücumçu, matçla bağlı bunları deyib:
“Qürurlu komandamız və məşqçilərimiz var. Fasilədə lazımi şeyləri danışdıq. Kilian Mbappe və Kərim Benzema möhtəşəm iş gördü. Fasilədə hiss etdik ki, ikinci hissədə nələrsə dəyişəcək. Və bu, baş verdi. İndi qarşıda final var. Bu matça da yaxşı hazırlaşmalıyıq”.
Fransa millisi Millətlər Liqasının finalında İspaniya ilə qarşılaşacaq. Oyun oktyabrın 10-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin