Koronavirusa yoluxan Elnur Əşrəfoğlunun son durumu
İdman jurnalisti, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun koronavirusa yoluxduğunu, vəziyyətinin ağır olduğunu xəbər vermişdik. Jurnalistin anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək, Elnurun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş edəndən sonra Heydər Əliyev Fondu Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb.
Komanda.az-ın əldə etdiyi məlumata görə, Əşrəfoğlunun vəziyyəti hazırda sabit-ağırdır. Ciyərində isə gözlənilən irəliləyiş yoxdur. Sevindirici xəbər odur ki, federasiya rəsmisinin böyrəyi normal fəaliyyətə başlayıb. Xəstəliyin ilk vaxtlarında böyrəyin fəaliyyəti dayanmışdı. Əşrəfoğlunun vəziyyətini kritikləşdirən əsas məqam bir böyrəyinin olmamasıdır.
Bu arada, Əşrəfoğluna 1-ci qrupdan olan qan lazımdır. Bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bizi Facebook-da izləyin