“Azərbaycana səfər oyununa gedirsizsə, çətinlik çəkəcəksiz”
DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq İrlandiya millisinin baş məşqçisi Stiven Kenni açıqlama verib.
Komanda.az xəbər verir ki, yerli mətbuata danışan Kenni, Azərbaycan millisiylə səfər oyununda çətinlik çəkəcəklərini deyib:
“Azərbaycan millisini dərindən təhlil etmişik. Azərbaycana səfər oyununa gedirsizsə, çətinlik çəkəcəksiz”.
Oktyabrın 9-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçı saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin