Azərbaycanlı futbolçuların komandası doğma meydanda uduzdu

Futbol üzrə Ukrayna Premyer Liqasında 9-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Lvov”la qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Zədədən əziyyət çəkən Rüstəm bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. Eldar isə bu oyunda 90 dəqiqə meydanda olub. O, 72-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

9 turdan sonra 6 xalı olan “Minay” 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da əvvəlki turlardan təxirə salınmış bir oyunu var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button