İnyesta “Barselona” üçün namizədini açıqladı

“Barselona”nın sabiq futbolçusu, hazırda Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edən Andres İnyesta açıqlama verib.

Komanda.az xəbər verir ki, yarımmüdafiəçi, keçmiş komanda yoldaşı Xavinin “Barselona”da baş məşqçilik etməyə hazır olduğunu deyib:

“Bəli, düşünürəm ki, Xavi bu iş üçün hazırdır. Məndən soruşsaz, “Barselona” üçün Xavini təklif edə bilərəm. Onu komandanın “sükanı arxasında” təsəvvür edə bilirəm”.

Xavi və İnyesta “Barselona”da birgə çıxış edib. Xavi futbolçu karyerasını bitirib və Qətərin “Əl Sədd” klubunda baş məşqçilik edir.

“Barselona”da baş məşqçi Ronald Kumanın vəzifəsindən göndəriləcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button